Ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun itkilərlə bağlı açıqlamasını yalanlayıb.
Yeniavaz.com xəbər verir ki, o, Rusiyanın itkilərinin açıqlanandan daha çox olduğunu iddia edib.
“Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, - deyə Peqov öz rəsmi teleqram kanalında yazıb.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu 5937 hərbçinin Ukraynadakı müharibə zamanı həlak olduğunu açıqlayıb.