Əminə Yusifqızının səhhəti pisləşib?


“Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir”.
Yeniavaz.com
xəbər verir ki, Report bu barədə aktrisanın özünün məlumat verdiyini açıqlayıb.
Qeyd olunub ki, 85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib:
“O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb”.
APA isə Əminə Yusifqızının səhhəti ilə bağlı yayılan məlumatın yalan olması barədə xəbər verib.
Bildirilib ki, bu barədə mətbuat orqanına Xalq artistinin özü məlumat verib.
"Özümü yaxşı hiss edirəm, səhhətimdə heç bir problem yoxdur. Bilmirəm, bu xəbəri kim necə uydurub? Mən hər verilişə getmirəm, görünür, adamlar buna görə hesab edirlər ki, mənə nəsə olub. Amma heç bir şey yoxdur, hər şey yaxşıdır”, – deyə bildirib.
Qeyd edək ki, tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.

DİGƏR XƏBƏRLƏR

Top