İşğal olunmuş əraziləri Rusiyaya birləşdirmək üçün "referendum" keçiriləcək


“Donbass hökümətinin parlamenti, Xerson və Zaporojye vilayətlərinin hərbi və mülki idarətetmə başçıları onların taleyi haqda referendum keçirilməsinə qərar veriblər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa mürciəti zamanı deyib. O bildirib ki, Rusiya "referendum"un təhlükəsiz keçməsi üçün hər şeyi edəcək:
 “Donetsk, Luqansk respublikalarında, Zaporojye ve Xerson vilayətlərində 7,5 milyondan artıq insan yaşayıb. İndi onların çoxu qaçqın düşüb, öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Qalan 5 milyona yaxın insan isə hər gün neonasistlərin hücumuna məruz qalır. Onlar xəstəxanalara atəş açırlar, mülki şəxslərə qarşı terror aktı törədirlər. Biz bacarmarıq, haqqımız yoxdur ki, öz yaxın insanlarımızı onların əlinə verək. Donbass hökümətinin parlamenti, Xerson və Zaporojye vilayətlərinin hərbi və mülki idarətetmə başçıları onların taleyi haqda referendum keçirilməsinə qərar veriblər. Və bizim dəstək göstərməyimizi istəyiblər. Bir daha deyirəm ki, biz referendumun təhlükəsiz keçməsi üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq”.
Qeyd edək ki, “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın “Xalq Şurası” qondarma respublikaların Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendumun keçirilməsinə dair qərar qəbul ediblər.
Eyni zamanda, Xerson və Zaporojye vilayətlərinin ictimai şurası regionların hərbi-mülki administrasiyalarını eyni məsələ ilə bağlı referendumun keçirilməsinə çağırıb.
Referendumların 23-27 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top