Təbrizdə etirazlar: “Azadlıq, ədalət, milli hökumət!” - Video


Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlar artıq əksər əyalətlərə yayılıb və hər gün böyüyür.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə Təbriz şəhərində də etirazların keçirildiyini əks etdirən kadrlar yayılıb.
Etirazçılar aksiya zamanı “Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndiriblər.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, etirazların Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah, Elburz, Tehran, Gilan, Rəzəvi Xorasan, Yəzd, Xürrəmabad, Sənəndəc, Urmiya, Məşhəd, Kirman, Mahabad, Divandərə və Bükan vilayətlərində davam etdiyi bildirilir. Paytaxt Tehranda isə Vəliəsr küçəsi, Vəliəsr meydanı, Danışcu parkı, Lalə parkı, Keşavərz bulvarı, Hicab küçəsi, Fatimi küçəsi və İnqilab küçəsi kimi insanların sıx olduğu yerlərdə keçirilən etirazlara xeyli sayda iranlı qatılıb. Yüzlərlə insanın iştirak etdiyi nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edib, nümayişçilər zibil qablarını yandıraraq yollara barrikadalar qurmağa çalışıblar. Rəsmi mənbələrə görə 3, müxalif medianın iddiasına görə isə artıq etirazlarda 5 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top