Rusiya hökuməti rəsmisi səfərbərliklə bağlı sualı cavablandırdı


Rusiyada səfərbərliyin elan oluna biləcəyi ilə bağlı iddialar yayılıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, Dövlət Dumasının deputatlarının Rusiya Federasiyasının Cinayət Məcəlləsinə müharibə zamanı fərariliyə, talanlara, silah və hərbi texnikanın məhv edilməsinə, habelə təslim olmağa görə məsuliyyəti nəzərdə tutan qanuna dəyişiklik etməsi əhali arasında narahatlığa səbəb olub. Qanun layihəsinin həmmüəllifi, senator Olqa Kovitidi bildirib ki, Cinayət Məcəlləsinə “səfərbərlik” və “müharibə vaxtı” anlayışlarının daxil edilməsinə dair dəyişikliklər edilməsinin səfərbərliklə heç bir əlaqəsi yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top