"Ən qısa vaxtda sülh müqaviləsinin imzalanacağına inanırıq"


Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında çıxışında deyib.
“Son günlərdə yaşanan gərginlik bu gözəl mühitə kölgə salmış olsa da, iki ölkə arasında ən qısa zamanda hərtərəfli sülh sazişinin imzalanmasının mümkün olduğuna inanırıq. Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərinin inşası mövzusunda verdikləri mübarizədə daima yanlarında olmağa davam edəcəyik”, - deyə o vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top