Ukrayna torpaqlarında keçiriləcək referendumla bağlı Almaniyadan açıqlama


Almaniya Donbas və işğaldan azad edilmiş ərazilərin Rusiyaya daxil olması ilə bağlı referendumları tanımır.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts bildirib.
"Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır. Ukraynanın öz ölkəsinin bütövlüyünü və suverenliyini və demokratiyasını müdafiə etmək hüququ var, biz bu işdə Ukraynanı dəstəkləyirik. Buna görə də tamamilə aydındır ki, bu uydurma referendumlar qəbul edilə bilməz, onlar beynəlxalq hüquq və dünya ictimaiyyətinin əldə etdiyi anlaşma ilə əhatə olunmur", - deyə o bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top