Gürcüstanda bank soyğunçusu ələ keçirildi – Yenilənib


Xüsusi əməliyyat nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “Bank of Georgia”nın Kutaisidəki filialında silahlı şəxs tərəfindən saxlanılan 12 girovun hamısını azad etməyə nail olublar.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ketevan Kovziaşvili bildirib.
"Xüsusi əməliyyat başa çatıb. Bütün girovlar azad edilib.
binasına partlayıcı qurğular yerləşdirib.

***16:52
Kutaisidə bank binasına daxil olaraq 12 şəxsi girov saxlayan silahlı cinayətkar girovları dəyişməkdən və qadınları buraxmaqdan imtina edir.

Yeniavaz.com mtavari-yə istinadən xəbər verir ki, cinayətkar 2 milyon dollarla yanaşı, yeni tələblər irəli sürüb. O, helikopter, tilov və Rusiya bayrağı istəyib.

***14:06
Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.

Yeniavaz.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.
“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.
Soyğunçu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.
İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top