Əhməd Məmmədli həbs edildi - Yenilənib


Demokratiya 1918 Hərəkatının (D18 Hərəkatı) sədri Əhməd Məmmədli həbs edilib.
Yeniavaz.com xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Əhməd Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) təqsirli bilinərək 30 sutka müddətinə həbs edilib. 

***15:21
Daxili İşlər Nazirliyi Demokratiya 1918 Hərəkatının (D18 Hərəkatı) sədri Əhməd Məmmədlinin saxlanılmasına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, Ə.Məmmədli polis tərəfindən saxlanılıb, araşdırma aparılır.
Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

***13:22
Demokratiya 1918 Hərəkatının (D18 Hərəkatı) sədri Əhməd Məmmədlinin saxlanıldığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun İslam Səfərli küçəsində, mülki geyimli şəxslər tərəfindən saxlanıldığı deyilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, bu barədə onlarda məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top