Mingəçevirdə yaralı hərbçilərimiz ziyarət edildi - Fotolar


Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Gəncə Hospitalında müalicə olunan hərbçilərə baş çəkib.
Yeniavaz.com
xəbər verir ki, hospitalın rəhbərliyi və həkimlərlə görüşdükdən sonra şəhər icra hakimiyyətinin başçısı hərbçilərimizin müalicə olunduqları palatalara gəlib.
İ. İsmayılov baş leytenant Rüstəmov Əsgər Elman oğlu və əsgər Hacıyev Ruzi Dəyanət oğlu ilə görüşüb və onların qayğıları ilə maraqlanıb.
İcra başçısına yaralı hərbçilərin son vəziyyəti barədə məlumat verilib.
Qeyd edək ki, hərbçilərimiz sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun Azərbaycan ərazisində təxribatlarına cavab verərkən yaralanıblar.
 


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top