İranda etirazların miqyası genişlənir - Video


İranda əxlaq polisi tərəfindən "hicab qaydalarına tabe olmadığı üçün" saxlanılan və daha sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı keçirilən etiraz aksiyalarının miqyası böyüyür.
Yeniavaz.com
İSNA-ya istinadla xəbər verir ki, paytaxt Tehranın Hicab küçəsində toplaşan qrup Əmininin ölümünə və “əxlaq polisi” kimi tanınan İrşad patrullarına etiraz edib.
Qeyd olunur ki, hakimiyyət əleyhinə şüarlar səsləndirilməsinin ardından təhlükəsizlik qüvvələri nümayişçilərə müdaxilə edib.
Fars Xəbər Agentliyi bəzi qadın nümayişçilərin hicablarını çıxararaq hökumətinə qarşı şüarlar səsləndirdiyini yazıb.
Bildirilib ki, hadisə yerinə gələn təhlükəsizlik qüvvələri dəyənək və bibər qazı ilə etirazçıları dağıdıb.
Sosial mediada yayılan görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçilərə sərt müdaxilə etdiyi və bəzilərinin nəzarətə alındığı görülür.

Qeyd edək ki, İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyaları başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top