Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak oldu


İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadiq açıqlayıb.
Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib. O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.
İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib.
Qeyd edək ki, Ərbəin günü (qırxıncı gün) dedikdə, şiəlikdə hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü nəzərdə tutulur. Bu gündə Kərbəlada şəhid olan Peyğəmbər (s.ə.s) nəvəsi İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top