Masazır dairəsində yenə böyük tıxac yarandı - Video


Bu gün səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) böyük tıxac yaranıb.
Sözügedən ərazidən Yeniavaz.com-un redaksiyasına kadrlar göndərən sürücülər iddia edirlər ki, burada nəqliyyat vasitələrinin hərəkəti Dövlət Yol Polisi əməkdaşları tərəfindən səhər saatlarında məhdudlaşdırılır. Sürücülər, həmçinin bildirirlər ki, eyni hal Saray postunda da (Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci taqımının nəzarətində olan stasionar post) yaşanır.
Həmin kadrları təqdim edirik:
Xatırladaq ki, daha əvvəl də redaksiyamıza sürücülər eyni məsələ ilə bağlı müraciətlər edib və kadrlar göndəriblər. Əvvəlki müraciətlərində sürücülər, yüksək vəzifəli məmurun Bakı-Sumqayıt yolundan istifadəsinə görə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığını iddia etsələr də, Baş Dövlət Yol Polisi İdarəsi Yeniavaz.com-a verdiyi açıqlamada bunu təkzib etmişdi. Qurum sözügedən halı Masazır dairəsinə bir neçə istiqamətdən avtomobillərin daxil olması ilə əlaqələndirir.

DİGƏR XƏBƏRLƏR

Top