KTMT qrupunun Ermənistandakı missiyası başa çatdı


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun Ermənistana səfəri başa çatıb
Yeniavaz.com
 xəbər verir ki, bu barədə KTMT-nin katibliyi məlumat yayıb. Bildirilib ki, təşkilatın Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov Ermənistanın Müdafiə naziri Suren Papikyanla görüşüb. Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. General-polkovnik Sidorov əsas nəticələr və təkliflər barədə məlumat verib.
Görüşdən sonra monitorinq qrupu Moskvaya yola düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top