İranda aksiya şiddətləndi, polis əhaliyə atəş açdı


İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı kütləvi etirazlar artıb.
Yeniavaz.com
İran mediasına istinadla xəbər verir ki, ölkənin iri şəhərlərində etiraz aksiyalarında iştirak edən insanlar hökumət qüvvələri ilə toqquşurlar. Polis isə əhaliyə atəş açmağa başlayıb.
Qeyd edək ki, İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkədə etiraz aksiyası başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top