Tennisçilərimiz erməni rəqiblərinə qalib gəldilər


Azərbaycanın yeniyetmə stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində 1/4 finala yüksəlib.

Federasiyadan Yeniavaz.com-a verilən məlumata görə, o, 17 yaşadək idmançıların mübarizəsində qrup mərhələsində iranlı Nima Naqavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb.

1/8 finalda İranın digər təmsilçisi Seyedsina Horeyşianı üstələyən Əhmədzadə adını 1/4 finala yazdırıb.

DİGƏR XƏBƏRLƏR

Top