İşğaldan azad edilən ərazilərə səfərlə bağlı rəsmi açıqlama


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlərin təxirə salınaraq başqa tarixlərə keçirilməsi ilə bağlı açıqlama yaymışdı.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir.

Yalnız ötən həftə bir neçə səfər təxirə salınaraq digər tarixlərə keçirilib. Səfərlərin təxirə salındığı tarixlərdən 2 gün öncə bu reyslərin sərnişinləri ilə telefon əlaqəsi qurulacaq, bu barədə onlara məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top