Saatlı İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapıldı


Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top