İsrail Türkiyəyə yeni səfir təyin etdi


İsrail Türkiyəyə yeni səfir təyin edib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyədəki diplomatik mənbə bildirib.

Bu vəzifəyə İrit Lilian təyinat alıb.

O, bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub. 
Qeyd edək ki,2010-cu il mayın 31-də Fələstinə yardım aparan Türkiyənin “Mavi Marmara” gəmisinə İsrail hərbçilərinin basqını iləiki dövlət arasında gərginlik artmışdı. Həmin hadisədə Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən şəhid edilmişdi. Bundan sonra Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top