Əbülfəs Qarayevə məxsus şirkətin Filippindən olan işçisi ölkədən çıxarılır


Dövlət Miqrasiya Xidməti sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus olduğu bildirlən “GALS” MMC-də (VÖEN- 1701354961) işləyən Filippin vətəndaşı Miranda Abegailin iş icazəsini ləğv edib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Miqrasiya Xidməti bu barədə 3 gün əvvəl qərar qəbul edib.
Xəbəri rus dilində oxuyun: Иностранная сотрудница компании Абульфаcа Гараева покидает страну
Məlumat üçün bildirək ki, “GALS” MMC 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. Bildirilir ki, “GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir. Bir il sonra - 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən “GALS” adlı şirkət də təsis olunub.
Onu da qeyd edək ki, “GALS” adı ilə Azərbaycanda daha 3 şirkət fəaliyyət göstərir - “GALS Gallery”, “GALS Beauty and Spa” və "GALS Cleaning and Supply Services” MMC.

A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top