Metro işçilərinin peşə bayramı günü dəyişdirildi


Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top