II Elizabet dəfn olundu - Yenilənib


Böyük Britaniya Kraliçası II Elizabetin meyiti olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib. 

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın Baş naziri Liz Trassın, Böyük Britaniyanın baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun – İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb. 
***14:20
Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.
Yeniavaz.com 
xəbər verir ki, “Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.
Qeyd edək ki, Kraliça II Elizabet, Vindzorda, əri Şahzadə Filipin yanında torpağa tapşırılacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top