Blinken İlham Əliyevdən “hərbi qüvvələri çıxarmasını” istəyib?


Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, Blinken İlham Əliyevi “hərbi qüvvələri çıxarmağa” çağırıb.
“Dövlət katibi Antoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıb. Blinken Ermənistan və Azərbaycan arasında son döyüşlərin dayandırılmasını alqışlayıb. O, prezident Əliyevi atəşkəsə əməl etməyə, hərbi qüvvələri çıxarmağa və Ermənistanla Azərbaycan arasında bütün əsas məsələləri sülh danışıqları yolu ilə həll etməyə çalışmağa çağırıb”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın qurumun rəsmi saytında yayılan açıqlamasında bildirilir.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda isə deyilir:
“Sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub”.

DİGƏR XƏBƏRLƏR

Top