Mingəçevirdə kanalizasiya xətləri yenidən qurulur - Video


Mingəçevirdə kanalizasiya xətləri yenidən qurulur.

Yeniavaz.com xəbər verir ki, xətlərin köhnəlib sıradan çıxması əhali arasında böyük narazılığa səbəb olub.
Hazırda Mingəçevir şəhərində bu sahə yenidən qurulur. Artıq işlərin 55 % yerinə yetirilib, geri qalan 44,6 % işlər yaxın vaxtda tamamlanacaq. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan 3 ədəd kanalizasiya nasos stansiyası quraşdırılıb. Hazırda "Azərsu" ASC şəhərin N.Nərimanov, "Mingəçevir kəndi” yaşayış massivi, A.Məmmədov, Dəniz yolu, Koroğlu, Təbriz, M.Hüseyn küçələrində daşıyıcı xətlərin diametirləri müxtəlif olmaqla işlər aparır.
Mingəçevir Sukanal İdarəsinin rəisi Samir Əliyev Yeniavaz.com-a məlumat verərkən belə deyib:
"Daşıyıcı xətlərin yenidən bərpa olunan hissələrində asfaltlanma işləri görülür. Həmçinin məhəllədaxili ərazilərdə 16 binanın ərazisində zirzəmi kanalizasiya xətlərinin birləşməsi üçün işlər də həyata keçirilir. 2022-ci ilin sonuna qədər 16 binanın zirzəmi kanalizasiya xətlərinin tam birləşməsi planlaşdırılır. Şəhərin Tərəvəzçilik yaşayış massivində də yarımçıq qalmış işlər yekunlaşdırılır. Bundan əlavə şəhərin Dress və Yeni Həyat qəsəbələrində kanalizasiya xətlərinin bərpası işləri görülür və bu işlər mərhələli şəkildə davam etdirilir”.
Qeyd edək ki, Mingəçevir şəhərində içməli su sistemi dəyişdirilib, buna paralel olaraq da kanalizasiya sistemi dəyişdirilir.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top