Nur-Sultan yenidən Astana oldu - Fotolar


Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Bununla da, paytaxt Nur-Sultanın adı dəyişdirilib və yenidən Astana adlandırılıb.
Yeniavaz.com
“Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, artıq paytaxtın bir çox yerində Nur-Sultan yazılı lövhələrin sökülməsinə başlanılıb. Məlumata görə, ad dəyişikliyi səbəbindən ölkə yolları boyu 467 informasiya lövhəsi yeniləri ilə əvəzlənəcək.
Xatırladaq ki, Kasım-Jomart Tokayev 2019-cu il martın 23-ü Astana şəhərinin ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması barədə sərəncam imzalayıb.


DİGƏR XƏBƏRLƏR

Top