Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyinin rəhbər heyəti, digər hərbi qulluqçular və mülki işçilər Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın dəfn və yas mərasimlərində iştirak edib.
Bu barədə Yeniavaz.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhəri və digər rayonlarda keçirilən mərasimlərdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər xiyabanlarının ziyarəti zamanı şəhidlərimizin məzarları üzərlərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Keçirilən yas mərasimlərində şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.