
“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qarşıdan gələn aralıq seçkilərindəki nəticədən asılı olmayaraq vəzifəsini tərk etməlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu demokrat konqresmen Eliss Slotkin bəyan edib.
O bildirib ki, artıq Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb:
“Bizim [Nümayəndələr Palatasında] rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu Yorkdan və Kaliforniyadan həddən artıq çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim”.
Konqresmenlərin nöqteyi-nəzərindən Pelosi getməli, yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir.
Slotkin vurğulayıb ki, ştatın bu hissəsindən olan seçicilərin buna ehtiyacı var.
Qeyd edək ki, daha əvvəl KİV-də Demokratlar Partiyasının aralıq Konqres seçkilərində məğlub olacağı təqdirdə Pelosinin ABŞ-ın İtaliyadakı səfiri vəzifəsini yerinə yetirmək istədiyi ilə bağlı xəbərlər çıxmışdı.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ötən gün – sentyabrın 17-də Ermənistana gəlib. Onun sentyabrın 19-dək Ermənistanda qalacağı, Baş nazir Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşəcəyi bildirilir.