Ermənistan təxribatı nəticəsində şəhid olan Xəyal Əhədzadə “Qarabağ” futbol klubunun azarkeşi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.
X.Əhədzadənin tribunada çəkilmiş fotosunu paylaşan klub “Şəhid Xəyal Əhədzadə. Ruhun şad olsun, Şəhidim” sözlərini yazıb.
Qeyd edək ki, X.Əhədzadə boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub.