Qırğızıstan-Tacikistan sərhədində gərginlik davam edir - 37 nəfər ölüb


Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını açıqlayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Nazirlik Batken vilayətində qurbanların sayının 24-dən 36-ya çatdığını bildirib.
"Batken vilayətindən saat 10:00-a (Bakı vaxtı ilə 08:00) verilən operativ məlumatlara əsasən, daha 12 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına qəbul edilir. Hadisə nəticəsində ölənlərin ümumi sayı 36 nəfərdir”, - məlumatda deyilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, həmçinin 129 nəfər xəsarət alıb, onlardan 7 nəfəri ambulator müalicəyə göndərilib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı daha bir nəfərin öldüyünü bildirib.
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin yaydığı məlumata görə Tacikistanla sərhəddə vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də gərginləşib. Qırğızıstan tərəfinin bildirdiyinə görə, tacik sərhədçiləri çərşənbə günü Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı bölgəsindəki sərhəd zonasına daxil olaraq döyüş mövqelərini tutublar. Ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca atışma baş verib. Bir neçə saat sonra Batken bölgəsindəki Kak-Sai və Paski-Arık bölgələrində də silahlı toqquşmalar baş verib. Şənbə günü Qırğızıstanın sərhəd xidməti ilk dəfə olaraq Oş vilayətinin atəşə tutulması barədə məlumat yayıb, bundan əvvəl bütün insidentlər Batken bölgəsindəki sərhəd bölməsinə aid olub.
Qırğızıstan hakimiyyəti toqquşmalarla əlaqədar 136 mindən çox vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top