Şəhid olan XTQ giziri ilə bağlı MN-dən açıqlama - Yenilənib


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.


***21:34
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində ağır yaralanan hərbçi Yusif Qurbanov şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. O, 44 günlük Vətən müharibəsində də iştirak edib.
 

DİGƏR XƏBƏRLƏR

Top