
Vyanada minlərlə avstriyalı artan inflyasiya və qiymət artımına etiraz etmək üçün küçələrə axışıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, aksiya dinc keçir, iştirakçıların bir çoxu plakatlarla gəzir. Səhnədə ictimai təşkilatların, həmkarlar ittifaqlarının nümayəndələri çıxış edərək hökumətin siyasətinin dəyişdirilməsini, əhalinin sosial hüquqlarının təmin edilməsini tələb edirlər.
“Biz mütəmadi olaraq mağazaya gedirik və qiymətlərin fırıldaqçılıqla artdığını görürük. Bu, hökumət üçün biabırçılıqdır. Maaşlarımız artmır və hakimiyyət orqanlarımız təqaüdçülərə 100 avro paylayacaqlarını vəd edərək inflyasiya ilə mübarizə apardıqlarını iddia edirlər”, - deyə vətəndaşlar hökumətə etiraz ediblər.