Məlumatlarınız bu yolla oğurlana bilər - Video


Ölkə ərazisində "Tik-Tok"-un istifadəsinə müvəqqəti olaraq məhdudiyyət qoyulması səbəbilə istifadəçilər VPN-dən istifadə etməyə başlayıblar.
Yeniavaz.com
"Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Sizin VPN-lə daxil olduğunuz resursun bütün məlumatları, həmçinin sizin şəxsi məlumatlarınız kimliyi məlum olmayan 3-cü tərəfin əlinə keçir. Kibertəhlükəsizlik üzr ekspert Rəşad Əliyev vətəndaşları diqqətli olmağa çağırır.

Bütün riskləri nəzərə alaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir.

Ekspertlər hesab edir ki, tətbiq edilən məhdudiyyətlər qısa zaman ərzində aradan qaldırılacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top