ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Bildirilib ki, Pelosi sentyabrın 19-dək Ermənistanda qalacaq.
"Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşərək Ermənistan-ABŞ münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək", - deyə qeyd olunub.