İtaliyada leysan ağır fəsadlar törətdi


İtaliyada leysanların səbəb olduğu daşqınlar nəticəsində azı 11 nəfər ölüb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Xilasedicilər Marçe bölgəsində itkin düşənləri axtarır.
Qeyd edək ki, İtaliyada 150-yə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yerli media torpaq sürüşmələrinin və yolların bağlandığını bildirib. Bəzi şəhərlərdə evlərin birinci mərtəbələrini, zirzəmiləri və küçələri tamamilə su basıb, avtomobilləri su aparıb. Sakinlər binaların damına çıxaraq seldən qaçmağa çalışıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top