Məhkəmə vəkil Elçin Sadıqovla bağlı qərar verdi


Vəkil Elçin Sadıqova ev həbsi qərarı verilərək azadlığa buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırdı.

E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.


 

DİGƏR XƏBƏRLƏR

Top