Rusiya məşhur aktyoru xarici agent elan etdi


Rusiya Ədliyyə Nazirliyi teleaparıcı və yumorist Maksim Qalkini xarici agentlər siyahısına daxil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Rusiya Ədliyyə Nazirliyin məlumatına görə, Qalkin Ukraynadan maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olur.
Qeyd edək ki, Qalkin hazırda xaricdə yaşayır. O, bu ilin martında Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatlara qarşı çıxışından sonra İsrailə gedib.

 

DİGƏR XƏBƏRLƏR

Top