Ermənilər Livandakı Azərbaycan səfirliyinə hücum etdilər - Video


Livanın paytaxtı Beyrutda bu ölkənin erməni vətəndaşları Azərbaycan səfirliyinin önünə toplaşmaq və təxribat törətmək istəyərkən yerli polislə toqquşma baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın Livandakı səfirliyi məlumat yayıb. Bİldirilib ki, əvvəlcədən planlaşdırılmış və 1000-dən çox erməninin iştirak etdiyi təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş verib. Hazırda Azərbaycan əleyhinə şüarlar səsləndirən və səfirliyin binasına daxil olmaq istəyən ermənilər onların qarşısında sədd çəkmiş Beyrut polisinə hücumlar edirlər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top