"Azərbaycan-Ermənistan sərhədindəki hadisənin Qarabağa heç bir aidiyyəti yoxdur" - Putin


Azərbaycanla Ermənistan arasında baş verən son hadisənin Qarabağa heç bir aidiyyəti yoxdur, bu, sərhəddə baş verib.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Biz baş verən hadisələrdən və itkilərdən təəssüflənirik. Hər şeydən əvvəl, Rusiyanın təsiri ilə münaqişəni lokallaşdırmağa nail olunub. Ümid edirəm ki, bundan sonra da belə olacaq", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top