“Qırğızıstan-Tacikistan arasında toqquşma davam edir - Yenilənib


Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalar nəticəsində 87 nəfər xəsarət alıb, 17 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Döyüşlərin davam etdiyi bildirilib.

**22:42
Qırğızıstan tərəfi Tacikistanda mülki obyektlərə hücum edərkən hərbi helikopterlərdən və PUA-lardan istifadə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.
"Qırğızıstanın hərbi helikopterlərdən və hücum pilotsuz təyyarələrindən istifadə edərək Tacikistanda yaşayış binalarına və mülki obyektlərə hava hücumu təşkil etməsi həyəcanvericidir", - deyə hesabatda bildirilir.
Tacikistan sərhədçilərinin bildirdiyinə görə, Qırğızıstan tərəfi əvvəlki atəşkəs razılaşmalarına baxmayaraq, hərbi əməliyyatları bərpa edib.


***17:46
Tacikistan Qırğızıstanın Kolundu və Janı-Jer kəndlərini atəşə tutub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
Xatırladaq ki, bundan öncə, iki ölkə başçısı atəşkəsin əldə olunması ilə bağlı razılıq əldə etmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top