Şəhid qardaşının ikinci videosu araşdırılır - Baş Prokurorluq


Dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.
“Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”, - qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top