Elçin Sadıqov aclıq aksiyasına başladı


Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. 

Yeniavaz.com xəbər verir ki, prosesdə Elçin Sadıqovun vəkillərı həbs qətimkan tədbirin ləğv olunması tələbi ilə çıxış ediblər.
Növbəti proses sentyabrın 17-də olacaq.
Yaxınları Elçin Sadıqovun həbs edildiyi gündən - 6 gündür aclıq aksiyasına başladığını bildiriblər. 
Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
E.Sadıqov öz müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top