Qazaxıstanın paytaxtı Nur-Sultan yenidən Astana adlandırılacaq


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Nur-Sultan şəhərinin əvvəlki adına (Astana) qaytarılması layihəsi konstitusiya dəyişiklikləri layihəsində öz yerini alıb.

Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, bir qrup qazaxıstanlı deputat köhnə adın şəhərə qaytarılması təşəbbüsü ilə sentyabrın əvvəlində çıxış edib. Parlamentarilər bir insanın adının (yəni, Nursultan Nazarbayevin) bir şəhərə verilməsini yanlış hesab ediblər. Deputatların bu təşəbbüsü ilə bağlı dövlət başçısına məlumat verilib.
Qeyd edək ki, paytaxt Astanın adı 2019-cu ildən etibarən eks-prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top