Paşinyan Putinlə telefonla danışıb


Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Yeniavaz.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.
Bildirilib ki, ölkə liderləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası barədə məsələləri müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top