Şəhid qardaşı: "Aydınlaşdırdım ki, 6 min ailədaxili məsələlərə görə xərclənib" - Video


Xəbər verdiyimiz kimi, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğunu iddi edib.
Yeniavaz.com
xəbər verir ki, S. Əhmədov məsələ ilə bağlı yeni açıqlama verib və qardaşı, şəhid Səbuhi Əhmədovun bankdan kredit kimi götürdüyü sözügedən 6 min manatı ailədaxili məsələlərə xərclədiyini bildirib:
"Sosial şəbəkələrdə yayılmış, Səbuhinin vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələləri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək".
Qeyd edək ki, ötən gün – sentyabrın 15-də Sənan Əhmədov Müdafiə Nazirliyinə dəvət olunmuş Nazirlik məsələ ilə bağlı araşadırma aparıldığını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top