Goranboy daha iki şəhidini qarşıladı


12-13 sentyabr tarixlərində erməni təxribatları nəticəsində MAXE Goranboy rayonu Qızılhacılı qəsəbəsindən 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu Kəlbəcər istiqamətində şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, Səfiyar Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdi. Həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyə Cümhuriyyətinin “Yurdda sülh, cahanda sülh” medalı ilə də təltif olunub.
Eyni rayondan digər bir şəhidimiz isə İmamquliyev Ümid Vüqar oğludur.
2003-cü il təvəllüdlü Əsgər İmamquliyev Goranboy rayonu Qaradağlı kəndindəndir. O, Kəlbəcər istiqamətində şəhid olub.
Esmira Hidayətova, Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top