İlham Əliyev Ərdoğanla görüşdü - Video + Yenilənib


Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Yeniavaz.com xəbər verir ki, görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.


***16:54
Səmərqənddə Türkiyə və Azərbaycan Prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.


DİGƏR XƏBƏRLƏR

Top