Şəhidin övladı birinci sinfə qədəm qoydu - Foto


İlk dəfə məktəbə gedən uşaqlar arasında şəhid övladları da var.

Yeniavaz.com xəbər verir ki, bu il birinci sinfə başlayan uşaqlardan biri də 9 il müddətdən artıq hərbi qulluq edən, 3 övlad atası, həm Aprel döyüşlərinin, həm də İkinci Vətən müharibəsinin iştirakçısı olan mingəçevirli Səbuhi Məmmədovun övladıdır.
Şəhidin kiçik oğlu Ömər Mingəçevir bu gün 19 nömrəli məktəbin birinci sinfinə qədəm qoyub.
Qeyd edək ki, S. Məmmədov Vətən müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə, sentyabrın 30-da qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!
 

DİGƏR XƏBƏRLƏR

Top