Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb, rusların sayı kəskin artıb – Rəsmi


Bu ilin ilk 8 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 873 mənzil satın alıblar.
Yeniavaz.com
 Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 106 mənzil alıblar. 
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayında Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2021-ci ilin avqust ayında azərbaycanlılar Türkiyədən 138 mənzil alıblar.
Xəbəri rus dilində oxuyun: Количество азербайджанцев, купивших дома в Турции, уменьшилось, а русских резко увеличилось - Официально
Onu da bildirək ki, son 8 ildə Azərbaycan vətəndaçları Türkiyədən 8 min 479 mənzil alıblar:
İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021 1517
2022
Yanvar-Avqust
873
Cəmi 8 479
Onu da bildirək ki, bu ilin ilk 8 ayı ərzində Türkiyədən ən çox Rusiya (8 min 115 mənzil), İran (5 min 948 mənzil), İraq (4 min 822 mənzil), Qazaxıstan (1 838 mənzil) və Almaniya (1 833 mənzil) vətəndaşları ev alıb.
Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin artıb. Müqayisə üçün bildirək ki, ötən ilin 12 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 5 min 379 mənzil alıb. Ötən ilin avqust ayında ruslar Türkiyədən 451 mənzil aldıqları halda bu ilin avqust ayında 1238 mənzil alıblar.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top