
Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasından 104 il ötür.
Yeniavaz.com xatırladır ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri tarix yazaraq Bakını bolşevik-daşnak işğalından azad ediblər.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf bölgələrdəki hökmüranlığına son qoyulub.