Yevlax şəhidi ilə vidalaşdı


Sentyabr ayının 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə müddətdən artıq xidmət keçən hərbi qulluqçu, baş çavuş, 1990-cı il təvəllüdlü Rəhimov Təbriz Rəhim oğlu ilə vida mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, vida mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclis sədrinin I müavini, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general mayor Aqil Babayev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə orqanlarının və idarə müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər.
Şəhid anadan olduğu Yevlax rayonunun Gülövşə kəndində yaylım atəş sədaları altında torpağa tapşırılıb.
Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top